Milli Məclisin deputatı Aqil Abbas Xankəndidə avtomobil idarə edərkən telefonla danışdığı üçün yol polisi tərəfindən saxlanılması, lakin polisin tanıdıqdan sonra onu cərimələməsi barədə yazısının müzakirə yaratmasına aydınlıq gətirib.

Mia.az-ın məlumatına görə, deputat Pravda.az-a açıqlamasında belə deyib: “Bəli, qanun hər kəs üçün qanundur, sadəcə bizim polislərimiz sənətkarlara, yazıçılara, şairlərə hörmət edirlər. Mən pulu ödəyirdim, polis dedi ki, yaxşı yol. Burda başqa nə var ki?”

A.Abbas yazısında “polis dedi ki, sükan arxasında telefonla danışmaq olmaz, bu, 80 manat cərimə və 3 baldır” fikirlərinin müzakirə yaratmasına, sükan arxasında telefonla danışığa görə 80 manat deyil, 50 manat cərimə tətbiq edildiyini deyənlərə belə cavab verib: 

“Mən indiyə qədər cərimə olunmamışam, cəriməni bilmirəm. Mən nə edim? Yol polisi nəyə nə qədər cərimə yazırsa, bunu əzbər bilməliyəm? Nəqliyyat ekspertlərinin nə yazdıqları məni maraqlandırmır. Mən başqa şey yazmışam. O yazının mahiyyətini başa düşməyiblər, ağızlarına gələni danışırlar. Əlli manat, otuz manat... Nəqliyyat ekspertləri yazının mahiyyətini oxusunlar. Özlərinə gülürlər”.

MİA.AZ