İngiltərə Premyer Liqa komandalarından "Bornmut" Türkiyə millisinin qolçusu Enes Ünalla anlaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub buna qədər kopmandada icarə əsasları ilə oynayan Enes Ünalla 4 illik müavilə imzalayıb.
Klub 27 yaşlı futbolçuya inamını ifadə edən açıqlama yayıb.
Qeyd edək ki, bu mövsüm "Bornmut" forması ilə Premyer Liqada 16 matçda iştirak edən Enes 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Fərid Aslan
Mia.az