İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa" klubunun rəhbərliyi baş məşqçi Unai Emeri ilə yeni müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər arasında daha 5 illik müqavilə bağlanıb.

Bu barədə klubun rəsmi portalına açıqlama verən Emeri deyib: ""Aston Villa"da böyük cazibə var. Xəyallarımın sərhədi yoxdur. Həyəcanlıyıq"

Qeyd edək ki, "Aston Villa" ötən mövsüm 52 yaşlı ispan məşqçinin rəhbərliyi altında Premyer Liqanı 4-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Fərid

Mia.az