"Avtomobil qəzası mayın 28-də saat 14:30-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verib".

Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev ATV-nin aparıcısı Şənay Mustafayevanın avtomobil qəzasından danışarkən deyib:

"Sürücü nəqliyyat vasitəsini sürətli idarə edib və manevr qaydalarını pozub. Nəticədə avtomobil yanacaqdoldurma məntəqəsinin qarşısındakı dirəyə çırpılıb. Avtomobili idarə edən xanım xəsarət alıb. Hadisə üzrə aiddiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

Qeyd edək ki, ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayeva qəzaya düşüb. O, xəstəxanaya yerləşdirilib.