"YouTube" videolarla bağlı siyasətini dəyişir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sosial media platforması yetkinlik yaşına çatmayan istifadəçilərin potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah videoları ilə bağlı siyasətini dəyişmək qərarına gəlib.
Bu barədə açıqlama yayan platformadan bildirilib ki, bundan sonra odlu silahlarla bağlı bütün videolar qadağan ediləcək: "Əldəqayırma silahlar, avtomat silahlar və səsboğucu kimi digər öldürücü aksesuarlarının göstərildiyi videolara bundna sonra 18 yaşdan yuxarı istifadəçilər müəyyən qaydalarla baxa biləcək".
Xəbərdə deyilir ki, yeni qyadalar iyunun 18-dən qüvvəyə minəcək.
Tahir Şəlvəli
MİA.AZ