Bu gün ATƏT PA-nın Bakıda keçirilən 23-cü illik sessiyasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyevin müəllifi olduğu "ATƏT regionunda mədəni mülkiyyətin qorunması” adlı qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar problemlər (3-cü komitə) Komitəsində müzakirəyə çıxarılıb.
Şuradan Mia.az-a verilən məlumata ggörə, öncə Azay Quliyev çıxış edərək Qətnamə layihəsi haqqında parlamentarilərə məlumat verib.
Sonra iclasın aparıcısı Qətnaməyə edilən təkliflərlə bağlı müzakirəni
açıq elan edib. İrəli sürülən dəyişikliklər bənd-bənd müzakirəyə çıxarılıb. Erməni
nümayəndə heyətinin rəhbəri Artaşes Qaqemyanın ciddi cəhdlərinə, xahişinə, və
deputatlara yalvarışlı müraciətinə baxmayaraq irəli sürdüyü təkliflər Qətnamə
müəllifinin tutarlı, əsaslı çıxışlarından sonra Avropalı parlamentarilər tərəfindən
rədd edilib. Azay Quliyev bildirib ki, erməni deputatın narahatlığını yaxşı başa
düşür. Amma işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin
dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb
edilməsinin pislənməsi ilə yanaşı, iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol
verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin
təsis edilməsi kimi məsələlərin əksini tapdığı Qətnamənin qəbulu ATƏT-in
missiyasına tamamı ilə uyğundur.
Qətnamə layihəsinə təklif edilən 10 düzəlişdən yalnız 5-i müəllif tərəfindən
əsaslı hesab edilərək, qəbul olunub. Müzakirələrdən sonra iclasın aparıcısı,
xanım İsabel Santos Qətnamə layihəsini səsverməyə çıxarıb və sənəd böyük səs
çoxluğu ilə (2 nəfər bitərəf, əlehinə 0) qəbul edilib. Xanım Santos uğurlu layihəyə
görə müəllifi təbrik edib.
UNESCO-nun və digər beynəlxalq təşkilatların siyahısında
olub-olmamasından asılı olmayaraq, böyük əhəmiyyətə malik mədəni irsin qəsdən
dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza
verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi layihədə açıq qeyd
edilib. Bu qətnamə ATƏT ərazində işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın
zəbt olunmuş torpaqlarında mədəni irs nümunələrinin dağıdılması, məhv edilməsi
və tarixi saxtalaşdırılmasının qarşısının alınması istiqamətində yeni bir beynəlxalq
sənəddir.
Xatırladaq ki, bu Azərbaycanlı millət vəkili Azay Quliyevin ATƏT
PA-da qəbul olunan sayca ikinci Qətnamə layihəsidir.
Sessiyada iştirak edən
Ermənistan nümayəndə heyətinin üzvü Artaşes Qeqamyan isə qətnamayə bir neçə düzəliş
olunmasını istəyib. O "mədəni mülkiyyətin
qorunması ilə bağlı qətnaməyə "öz ərazilərində” sözünün əlavə edilməsini təklif
edib. ATƏT-in Büro üzvü, Qətnamə layihəsini müəllifi Azay Quliyevin Ermənistan nümayəndəsinə
cavabı gecikməyib. O, bildirib ki, işğal olunmuş torpaqlarda mədəni mülkiyyəti
qorumaq mümkün deyil. "İşğalçı
dövlət həmin ərazilərdə mədəni mülkiyyəti qorumalıdır”.