Şimali Koreya Cənubi Koreyaya şarlarla zibil göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Şimali Koreya 90-dan çox zibil bərkidilmiş şarları qanşu ölkənin ərazisinə yönləndirib.

Məlumata görə, Cənubu Koreya əhaliyə xəbərdarlıq edib, onlardan zibil şarlarından uzaq durmaları xahiş olunub.

"Yonhap News" hərbi mənbəyə istinadən xəbər verir ki, çərşənbə günü aşkarlanan şarlardan bəziləri hələ də havada "var-gəl" edir"

Qeyd edək ki, Şimali Koreyanın müdafiə nazirinin müavini bazar günü istehza ilə "özünümüdafiə üçün güc" tətbiq edəcəyinə söz verib: "Biz zibil yəğınlarmızı cənuba göndərəcəyik".

Onu da qeyd edək ki, Cənubi Koreyalı fəallar illərdir Şimali Koreyaya liderlərini tənqid edən vərəqələr və musiqi diskləri elə şarlarla göndərir.

Xatırladaq kii, Şimali Koreya və Cənubi Koreya 1950-1953-cü illərdə baş verən Koreya Müharibəsindən sonra "soyuq müharibə" şəraitində yaşayırlar".

Samir Musayev

Mia.az