Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır.

Mia.az-ın məlumatına görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur.

Ancaq ölkənin tanınmış siyasətçiləri və deputatların əksəriyyəti də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta neçə nömrəli seçki dairəsindən qatılacağını belə açıqlayıblar.

Lent.az-ın əməkdaşı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb.

Pənah Hüseyn bildirib ki, parlament seçkilərinin keçirilməsi ilə bağlı hələ rəsmi qərar yoxdur:

"Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar verildikdən sonra, partiyada da bununla bağlı hüquqi qərar veriləcək. Amma keçirilsə, əlbəttə ki, namizədliyimi irəli sürəcəm. İlkin olaraq 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürməyi düşünürəm".