"Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı yeni ehtiyat tədbirləri qəbul etməlidir. Çünki İsrail dayanmaq qərarına məhəl qoymur, əksinə, hücumu daha da sərtləşdirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Ali komissarı Josep Borrel İsrailin Qəzzadakı son bombalamalarına münasibətdə deyib.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahuya qarşı həbs orderi verilməsi ilə bağlı müraciətinə toxunan Borrell deyib, Aİ məhkəmənin işinə hörmətlə yanaşmalı və məhkəməyə hədə-qorxu gəlmədən bu təşəbbüslə bağlı nə düşündüyünə qərar verməlidir: "Təəssüf ki, belə deyil. Məhkəmə təhdid və antisemitizmdə ittiham olunur. Netanyahu hökumətinin məhkəmə prokuroru Kərəm Xanı antisemitizmdə ittihamı tamamilə qəbuledilməzdir. Bəli, burada məhkəmə qərarına hörmət etməklə yanaşı, həm də icrasını təmin etməliyik. Təəssüf ki, İsrailin tələb olunan hərbi əməliyyatı davam etdirdiyini görürük. Dünən qaçqın düşərgəsinə edilən hücumda 30-dan çox insan həyatını itirdi. Bu, həqiqətən də dilemmadır. Müharibə dayandırılmalıdır".

Samir MUSAYEV

MİA.AZ