3 ildir Kanal D-də yayımlanan “Yarğı" serialı dünən axşam yayımlanan son bölümü ilə ekranlarla vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş rollarda Pınar Deniz, Kaan Urgancıoğlu, Uğur Polat, Uğur Aslan və Cezmi Baskın yer aldığı serialın final bölümü yayımlanarkən aktyorlar bir-birinin ardınca vida mesajları paylaşıblar.

Məslən, serialda "Ceylin" obrazını canlandıran Pınar Deniz yazıb: "Mənim üçün möhtəşəm bir dövrün sonu olodu. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Nə yazsam, nə desəm yarımçıq qalacaq. Ən gözəl baharımı sizlərlə yaşadım. Həmişə həsədlə xatırlayacam "Yarğı"nı!".

Ləman

MİA.AZ