Bu gün səhərdən İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə və mərkəzi hissədəki Nusayrat Qaçqınlar Düşərgəsinə hava zərbələri endirməyə başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələri Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, bölgəni boçmbalamaqda davam edir: "Bu gün səhərdən Rəfah şəhərində xeyli evi bombalanıb. Nəticdə ən azı 4 nfər plüb, onlarla yaralı var. Bununla yanaşı, Nusayrat Qaçqınlar Düşərgəsindəki Əz-Zuhur küçəsinə toplanan bir qrup fələstinli də vuurlub. İlkin məlumata görə, burada ən azı 3 nəfər yerində ölüb, xeyli ağır yaralı var. Ölü sayının bu səbəbdən artması istisna deyil".
Firudin Səfərli
MİA.AZ