Avstraliyada ialimlər sensasion akta imza atıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, illər sonra yenidən həyata qayıtmaq ümidi olan 80 yaşlı bir insan öz istəyi ilə 200 dərəcə şaxtada dondurulmaqla saxlanılır.
Məlumata görə, Avstraliyadakı "Southern Cryonics" şirkəti yenidən həyata qayıtmaq arzusunda olan 80 yaşlarında bir kişini uğurla dondurduqlarını açıqlayıb.
Şirkətin sahibi Filip Rhoades prosesin çox gərgin keçdiyini deyib: "Çox tuitiz çalışılması tələb olunan faəliyyətdir. Baxın, siz müxtəlif günlərdə edilməli olan bir sıra prosedurlarda çox diqqətli omalısınız. Əgər bir nahiyyənin dondurulma prosesi düzgün hazırlanmasa, demək ki, hər şey məhv olacaq".
Xəbərə görə, mayın 12-də dünyasını dəyişən, lakin adı açıqlanmayan 80 yaşlarında olan şəxsin dondurulması ölümündən dərhal sonra başlayıb.
Qocanın cəsədi xəstəxananın soyuq otağına aparılaraq buzla doldurularaq bu şəkildə Dəfn İşləri Müdirliyinə aparılıb: "Orada mütəxəssislər qocanın cansız bədənindəki hüceyrələri qorumaq üçün xüsusi hazırlanmış maye vurublar. Sonra quru buzla örtülüb və mənfi 80 dərəcə soyuq yerə yerləşdirilib. Bu prosedurlardan sonra kişinin cəsədi "Southern Cryonics"in Holbrookdakı obyektinə gətirilib və vburada akuum saxlama kamerası kimi xidmət edən xüsusi çənə yerləşdirilməzdən əvvəl onun temperaturu mənfi 200 dərəcə selsidə tənzimlənib".
ABC News xəbər verir ki, bu 10 saatlıq proses həmin şəxsin həyata qaytarmaq şansını təmin etmək üçün həyata keçirilir.
Məlumatda o da deyilir ki, "ölünün həyata yenidən dönmə" ehtimalının qiyməti 160 min dollardır.
Firudin Səfərli
MİA.AZ