İsrail Livanın cənubuna növbəti zərbələr endirib.

Mia.az xarici istinadla xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus PUA bu gün Ayta əş-Şaab qəsəbəsində hərəkətdə olan motosikleti vurub: "Bu zmaan 2 mülki vətəndaş həyatını itirib, 2 mülki şəxs isə yaralanıb. Onların "Hizbullah" üzvləri oduğu bildirilir...".

Xəbərdə o da deyilir ki, İsrail PUA-sı Hula qəsəbəsində də daha bir motosikleti sıradan çıxarıb: "Bu hadiosə zamanı isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb".

Hulada ölən və yaralananların kimliyi ilə bağlı açıqlama verilməyib.

Tahir Şəlvəli

MİA.AZ