İsrail ordusunun Qəzzaya hücumları davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliy açıqlama yayıb.
Bildirilib ki, son 24 saatda Qəzzada daha 57 dinc sakin ölüb, 93 nəfər isə yaralanıb: "Bununla da oktyabrın 7-dən etibarən Qəzza zolağında ölənlərin sayı 35 min 857-yə, yaralıların sayın isə 80 min 293-ə yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ