"Fənərbağça"da prezidentliyə namizədliyini açıqlayan keçmiş prezident Aziz Yıldırım konqres üzvləri ilə görüşdə iddialı açıqlamalar verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, görüşdə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.
Aziz Yıldırım bildirib ki, məşhur məşqçi Joze Mourinyo ilə artıq anlaşıb: "Şənbə günü Mourinyo ilə Londonda təkrar görüşəcəyik. Mourinyonun özü mənə həm derbini, həm də "İstanbulspor" matçını izlədiyini söylədi. Şənbə günü komandaya transferlərdən danışacaq. Kim istəsə, alacağıq. Onunlka danışşb komanda üçün nə lazımdırsa, edəcəyik".
Yıldırımın sözlərinə görə, çempion olmaq üçün ilk növbədə yaxşı komanda olmalıdır: "Yaxşı məşqçi və yaxşı idarəetmə olmalıdır. İdarəetmə var, yaxşı məşqçi də gətirəcəyik. Ən azı 3-4 keyfiyyətli futbolçunu transfer etsək, məncə, çox şey dəyişəcək burada".
Fərid
MİA.AZ