Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, iclasda deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təsdiqlənib.
Qeyd edək ki, o, bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.
Onu da qeyd edək ki, K.Qafarov ölkədə dərman monopolistlərindən və əsasən Onkologiya xəstəxanaları üzrə tender krallarından sayılır.
MİA.AZ