Sezon finalına hazırlaşan "Yalı Çapkın"ı serialı daha bir aktyorla vidalaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Star TV-də yayımlanan serialın baş rol ifaçılarından "Orhan Korhan" obrazını canlandıran Emre Altuğ atasını güllələrdən qorumaq istəyərkən vurulur.
Bu barədə "Yalı Çapkını"nın 71-ci bölümünün ikinci fraqmentində səhnə yayımlanıb. Beləliklə, ilk bölümdən bəri heyətdə olan Emre Altuğ ssenariyə görə ölərək serialla vidalaşır.
Xatırladaq ki, serialda baş rollarda Mert Ramazan Demir, Afra Saraçoğlu, Çətin Tekindor, Şerif Sezer, Gülçin Santırcıoğlu, Gözde Kansun və başqa məşhurlar oynayırlar.
Ləman
MİA.AZ