İsrail Qəzza ilə yanaşı, işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərdə də sistemli basqınları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, ötən gecədən bu gün səhərədək İsrail hərbçiləri səbəb olmadan İordan çayının qərb sahilindəki Hebron, Əl-Bire, Ramallah və Tulkərim şəhərlərində evlərə basqınlar həyata keçirib.
Xəbərə görə, bu, bir çox məhəllələrdə gərginliyin fitilini çəkib: "Məsələn, İsrail qüvvələri Tulkərimin şimalındakı Kaffin qəsəbəsinə basqın zamanı gərginlik artıb. Hərbçilər gecə basqınlarına etiraz edən fələstinlilərə atəş açıb. Nəticədə biri 49 yaşlı bir qadın olmaqla, 7 nəfər ağır yaralanıb. Ramallahın qərbində yerləşən Bitunya qəsəbəsində iki evə basqın olunaraq gənclər saxlanılıb. Əl-Birenin Et-Tavil dağı bölgəsində və Hebronun Əl-Hiriyyə vadisi bölgəsində də evlərə basqınlar olub. Bu basqınların detalları hazırda dəqqiləşdirilir...".
Tahir Şəlvəli
MİA.AZ