İsrail ordusunun Qəzza zolağında ötənilin oktyabrın 8-dən bu yana əməliyyatı davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə İsrail ordusu Qəzza zolağının şimalına ağır zərbələr endirib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Əl-Şəbiyə bölgəsində Əl-Əyyubi adlı şəxsin evini vurub: "Nəticədə aralarında qadın və uşaqların da olduğu 10 nəfər həyatını itirib, yaralananlar var. Oxşar hücum Ed-Derac rayonunda bir binaya da təşkil olunub. Burada da ceyli ölən və yaralananlar da olub, lakin onların sayını hələ dəqiqləşdirmək mümkün olmayıb. Dağıntının miqyası çox böyükdür, uçqun altında insanlar qalıb..."
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağındakı əməliyyatlarında ən azı 15 min 239-u uşaq və 10 min 93-ü qadın olmaqla, 35 min 800 fələstinli həlak olub, 80 min 200 nəfər isə yaralanıb. Məlumata görə, dağıntılar altında hələ də minlərlə ölü var.
Tahir Şəlvəli
MİA.AZ