"İndi Afrikanın sülhməramlı qüvvələrini işə salmağın vaxtıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Guterres BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışında deyib.

O,  Afrika ölkələrinin qlobal dünya üçün sülh və təhlükəsizliyə böyük töhfə vermək imkanlarının olduğunu qeyd edəərk, bildirib ki, Afrika qitəsində bəzi dövlətlər arasında bölünmüş dünyada mühüm həmrəylik nümunələri var: "Ancaq təəssüf ki, bir çox Afrika ölkələri hələ də münaqişə cəhənnəmlərində ilişib qalıb, insanlar terror və zorakılıq təhlükəsi kölgəsində yaşayırlar. Məsələn, Sudanda ikinci ildir qanlı terror və hadisələr aramızs təkrarlanır. Düzdür, BMT atəşkəs üçün çalışır. Ancaq çox vaxt buna nail olmaq olmur. Nəticədə savaş ölüm, aclıq, xəstəlik və köçü artırır".

Quterreş qeyd edib ki, indi Afrikanın dünyada artan rolu kontekstində sülhməramlı gücünü də ortaya qoymasının vaxtıdır: "Ancaq çox təəsssüf ki, bir çox Afrika ölkəsinin hələ də müstəmləkəçilik buxovlarından xilas olmağa çalışır. Baxın, dünya dəyişdi, lakin qlobal qurumlar hələ də buna uyğunlaşa bilmir və ya istəmir..."

Samir Musayev

MİA.AZ