Bələdiyyə sədrinin keçmiş müavini 12-ci mərtəbədən yıxılaraq ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Ankarada baş verib.

Məlumata görə, Çankaya bələdiyyə sədrinin keçmiş müavini Gülsün Bor 12-ci mərtəbədəki evinin eyvanından yıxılaraq ölüb. 

Polis faktla bağlı araşdırma aparır.

Məlumatda deyilir ki, evli və bir uşaq anası olan Gülsün Bor Dünya Bankında qısamüddətli məsləhətçi işləyib. O, 2003-cü ildə Türkiyəyə qayıdıb və Xəzinədarlıq Müşavirliyində Daxili Borcların İdarə Edilməsi Departamentinin şöbə müdiri, 2010-cu ildə isə Türkiyənin Vaşinqton səfirliyində müşavir vəzifələrinə təyin edilib və burada 3 il çalışıb. 2014-cü ildən 2024-ü ilədək Çankaya Bələdiyyə sədrinin müavini işləyib. O, ötən seçkidə Çankaya Bələdiyyə Başçılığına iddiasını açıqlasa da, ona şans tanınmayb.

Firudin Səfərli

MİA.AZ