Türkiyədən xaricə qaçmağa çalışan terror təşkilatı üzvləri tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunanıstanla sərhəddə yerləşən Edirnədən xaricə qaçmağa çalışan PKK, İŞİD və FETÖ terror təşkilatlarına üzv olan 12 şübhəli saxlanılıb.

Bu barədə şəhər vailiyi açıqlama verib.

Bildirilib ki, şübhəlilərdən 2-i PKK, 1-i İŞİD, digərləri isə FETÖ üzvü olmaqda ittiham olunur.

Firudin Səfərli

MİA.AZ