Ötən axşam UEFA Avropa Liqasının finalında İtaliyanın “Atalanta” komandası Almaniya təmsilçisi “Bayer Leverkuzen”lə "döyüş"dən qalib ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla da "Bayer"in 51 oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb.

Oyuna gəldikdə isə, "Dublin Arena"da keçirilən qarşılaşmada "Atalanta" 12-ci dəqiqədə hesabı açıb - 1:0

26-cı dəqiqədə fərq artıb - 2:0.

75-ci dəqiqədə italyanlar daha bir qola imza atıb - 3:0.

Oyun bu heabla başa çatıb və "Atalanta" tarixində ilk Avropa liqasının çempionu adını qazanıb.

Fərid Aslan

MİA.AZ