19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin rəqibləri Qazaxıstan, Türkiyə və Moldova kollektivləri olacaq.

U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.

Heyətin formalaşması məqsədilə mayın 22-23-də Milli Komandaların Təlim-Məşq Mərkəzində seleksiya xarakterli oyunlar keçiriləcək. U-19 mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Millimizin oyunlarının təqvimi:

4 iyun

20:30. Azərbaycan (U-19) - Qazaxıstan (U-19)

7 iyun

18:00. Azərbaycan (U-19) - Türkiyə (U-20)

10 iyun

20:30. Azərbaycan (U-19) - Moldovanın (U-19)