HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam Briqadaları Qəzza zolağının şimalında İsrail əsgərlərini növbəti dəfə pusquya salıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı açıqlama yayıb.
Bildirilib ki, Beyt Hanuna girən İsrail əsgərləri gecə saatlarında tələyə salınıb: "Beyt Hanunda 10 İsrail əsgərini daşıyan avtomobil əvvəlcə vurulub, daha sonra maşına əl qumbaraları atılıb. Bu zaman həm onlar, həm də onlaar dəsətəyə gəılən 10 əgər öldü və ya ağır yaralandı".
Açıqlamada o da qeyd edilib ki, Qəzza zolağının cənubundakı Rəfah bölgəsində İsrail ordusuna məxsus iki “D9” hərbi buldozeri “Yasin-105” raketi ilə sıradan çıxarılıb.
İsrail ordusu hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Tahir Şəlvəli
MİA.AZ