"Anamın vəziyyəti ağırdır, hələ reanimasiyadadır".

Mia.az AzVision.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev anasının səhhətindən danışarkən deyib.

O bildirib ki, Gülzar Quliyevanın səhhətində hansısa dəyişiklik yoxdur, ağır olaraq qalır.

Xatırladaq ki, Gülzar Quliyeva qaraciyər sirrozu (Hepatit) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Terapevtik Reanimasiya şöbəsinə yerləşdirilib. Onun ümumi vəziyyəti ağır stabildir..