ABŞ ölkə daxilində benzinin qiymətlərinin aşağı salmaq üçün bazara əlavə 1 milyon barrel benzin buraxacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi açıqlama verib.
Bildirilib ki, Neft Ehtiyatları Ofisinin Şimal-Şərqi Benzin Təchizatı Ehtiyat Anbarından artıq 1 milyon barrel benzin satışa buraxıımağa hazırlanıb: "Bu, ölkədə benzinin qiymətlərini xüsusən yay aylarında xeyli aşağı salacaq".
Lamiyə Əhmədli
MİA.AZ