Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə məhkəmə narkotika qaçaqmalçılığında əli olan qardaşı oğlu Mehmet Ərdoğana 4 il 2 ay həbs cəzası kəsib.
ANS PRESS-in məlumatına görə, məhkəmədə həbs olunan 11 nəfərin 4-ünün - Bayram Kaplan, Mehmet Ərdoğan, Koray Tansu və Esra İşcanın daha əvvəl oxşar cinayət üzündən mühakimə olduğu bildirilib.
Baş nazir Ərdoğanın qardaşı oğlunun cinayəti ilə bağlı rəyi kəskin olub: "Məsələ ilə bağlı fikrimi valiyə də, polis rəisinə də qəti bildirmişəm. "Nə lazımdırsa, açıq və dəqiq edin” dedim. Mən onu qardaşoğluluqdan silmişəm. Mənim prinsiplərimə və qaydalarıma uyğun gəlmir”,- deyə Türkiyə baş naziri bildirib.
Ərdoğan qardaşı oğlunu tutdurdu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50