"İsrail və ABŞ Fələstin dövlətinin yaradılmasına mane olur".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Astanadakı toplantısından sonra keçirilən brifinqdə bildirib ki, iclasda Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər: "Biz ortaq bir fikrə gəldik ki, Fələstin dövləti qurulmadan Avrasiyanın bu bölgəsində təhlükəsizliyin təmin edilməsi mümkün deyil. Həm İsrail, həm də İsraili dəstəkləyən ABŞ bu prosesin qarşısını almağa çalışır. Yəni, Fələstin dövlətinin yaradılması məsələsinin. ABŞ başda olmaqla, Qərb bütün Avrasiyaya nəzarəti ələ keçirməyə çalışır. NATO və Avropa İttifaqı Asiyadakı strukturlarını inteqrasiya etməyə və Asiya ölkələrini özlərinə tabe etdirmək istəyirlər".
Koreya yarımadasındakı vəziyyətə toxunan Lavrov ABŞ və müttəfiqlərinin oradakı vəziyyəti pozmaqda günahlandırıb.
Tahir Şəlvəli
MİA.AZ