Yaponiyanın paytaxtı Tokionun cənubunda - Oqasavara adaları yaxınlığında güclü zəlzələ olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı Yaponiya Meteorologiya Agentliyi yayıb.
Agentlikdən bildirilib ki, bu gün yerli vaxtla saat 09.39-da episentri Oqasavara adaları yaxınlığına təsadüf edən 6 bal gücündə zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb.
Öln və yaralananlar haqda məlumat verilməyib.
Lamiyə Əhmədli
MİA.AZ