Bu gün Ekvadorda zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, episentri El Oro əyalətinin Pinas qəsəbəsinə düşən 5,2 bal gücündə zəlzələnin yerin 88 kilometr dərinliyində baş verib.
Zəlzələdə ölən və ya ağır yaralanan olmayıb. Bəzi yerlərdə dağıntılar var.
Xatırladaq ki, 2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77 nəfər ölüb.
Ölkə seysmik aktivliyin intensiv olduğu “Sakit okean od halqası” adlanan zəlzələ zonasında yerləşir.
Lamiyə Əhmədli
MİA.AZ