ABŞ administrasiyası İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
O, deyib: “Birləşmiş Ştatlar İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olması ilə bağlı rəsmi şəkildə başsağlığı verir”.
Departament rəsmisi rəsmi Tehranın köhnə helikopterə görə ABŞ-ın tətbqi elədiyi sanksiyalara qabartmaları barədə sualı da cavablandırb: "İran iqtidarının 45 illik helikopterdən istifadə etməsi bizim deyil, İran hakimiyyətinin özü təqsirkardır. Sanksiyalara görə qətiyyən üzr istəməyəcəyik"
Miller daha sonra İranın yeni prezidentini seçərkən əsas insan hüquqları uğrunda mübarizə aparan İran xalqının səsinin üstünlüyünün təmin olunacağı gözlədiklərini sözlərinə əlavə edib.
Firudin Səfərli
MİA.AZ