"Ukraynaya ehtiyacı olan dəstəyi göstərməyə davam edəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin əksəriyyəti Avropadan olan 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqələri Qrupunun 22-ci video konfransındakı çıxışında bəyan edib.

O, Rusiyanın Ukraynada hücumu artırdığını qeyd edib: "Belə bir çətin gündə görüşürək Kiyevə, Ukrayna xalqına dəstəyimiz mühimdir. Hər kəs bilsin ki, kraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyik. ABŞ üzərinə düşəni etməkdə qərarlıdır. Rusiyanın buna şübhəsi olmasın. Artıq Ukraynaya təcili ehtiyac duyulan yardımları çatdırdıq. Bundan sonra bu yardımlar mübarizədə əsl fərq yaradacaq".

Ukraynaya 95 milyard dollardan çox hərbi yardım ayırdıqlarını da xatırladan Pentaqon şefinin sözlərinə görə, Ukraynanın təhlükəsizliyi Avropa və qlobal təhlükəsizliyin, eləcə də ABŞ-ın təhlükəsizliyi deməkdir.

Firudin Səfərli

MİA.AZ