İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümü ilə nəticələnən vertolyot qəzasında ABŞ-ı ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə ölkəsinin dövlət televiziyasına müsahibəsində danışıb.

Sabiq nazir həyatını itirən Rəisi, Abdullahiyan və digər rəsmilərin ailələrinə və İran xalqına başsağlığı verib.

Rəisi və Abdullahiyanın səmimiyyətinə çox yaxından şahid olduğunu bildirən Zərif bildirib ki, onlar səmimiyyətlərinə görə şəhadətlə mükafatlandırılıblar: "Son  45 ildə ölkə olaraq müxtəlif vaxtlarda belə çətin vəziyyətlərlə qarşılaşdıq. Lakin biz Allahın izni ilə bunun öhdəsindən gəldik, bu dəfə də vəziyyətdən güclənərək çıxacağıq".

Cavad Zərif baş verən qəzada ABŞ-ı da ittiham edib: "Qəzada ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar da böyük rol oynayıb. Halbuki Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın mülki aviasiya satışına embarqosunu qarşı qərar verib. Ancaq buna baxmayaraq, sanksiyalıar üzündən İranın mülki avisasiya vasitələri almasına imkan verməyiblər.  Bəli, sanksiyalara görə Tehranın mülki təyyarə və onun ehtiyat hissələrini alması əngəllənib. Nəticədə bu günki hadsə yaşanıb...".

Samir Musayev

MİA.AZ