"Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatması bizim xüsusi hərbi əməliyyata təsir etməyəcək".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov ı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu inanla vəzifəsini yerinə yetirir: "Ukrayna ordusu Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil edir. Bu səbəbdən hazırda ordumuz Ukraynada təhlükəsizlik zonası yaratmağa davam edir".
Xatırladaq ki, 2019-cu ildə Ukraynada prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gün başa çatıb.
Martın 31-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri Rusiya ilə müharibənin başlamasından sonra 24 fevral 2022-ci ildə elan edilən hərbi vəziyyətin davam etməsi səbəbindən ləğv edilib.
Zülfiyyə
MİA.AZ