Parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası da iştirak edəcək.
Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya partiya sədri Mirmahmud Mirəlioğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda partiya daxilində seçkiyə hazırlıq prosesinə start verilib: "Namizədlərin müəyyənləşdirilməsi prosesi hələ yekunlaşmayıb. Namizəd kimi seçkidə iştirak etmək istəyənlərin sayı çoxdur".
"Namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz" sualına Mirmahmud Mirəlioğlunun cavabı belə olub: "Öz məsələm dəqiq deyil. KXCP mütləq iştirak edəcək, onların kimliyini seçkiyə startı veriləndə elan olunacaq".