Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Menemen rayonunda müəyyən edilən ünvanlarda eyni vaxtda keçirilən əməliyyatla 20 şübhəli saxlanılıb: "Onlıarın iş və yaşayış yerlərindən silahlar, təşkilata aid sənəd və digər sübutlar götürülüb".
Tahir
MİA.AZ