Türkiyə Xarici İşlər Nazirliyi İran prezidenti İbrahim Rəisi və Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan başda olmaqla İran rəsmilərinin helikopterdə qəzaya düşmələri haqda bəyanat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, XİN helikopter qəzası ilə bağlı vəziyyəti yazından izlədiklərini bildirib.
Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə töhfə verməyə hazırdırlar: "Bu gün İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri kədərlə izləyirik. İran prezidenti İbrahim Rəisi və Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan başda olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarını ümid edir və arzularıq. Qardaş İran xalqına keçmiş olsun deyir və axtarış və xilasetmə fəaliyyətlərinə töhfə verməyə hazır olduğumuzu təkrarlayırıq".
Tahir Şəlvəli
MİA.AZ