Qəzzada amansız müharibə davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda daha 70 mülki şəxs həlak olub, 110 nəfər isə yaralanıb.
Bu barədə rəsmi açıqlama yayan Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumları nəticəsində 35456 nəfər ölüb: "Yaralıların sayı isə 79 min 476-ya yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ