Xarici İşlər Nazirliyinə (XİN) qarşı iddiaya iyunun 30-da baxılacaq.

Bu barədə Mia.az-a Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 20/2a-da yaşayan Qəzənfər Malik oğlu Paşayev məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ildə XİN-ə işə qəbulla bağlı keçirilən imtahanların bütün mərhələlərində uğrula iştirak eləsə də, nazirlik müxtəlif bəhanələrlə onu işə qəbul etməkdən imtina edib.

Bu səbəbdən o, məhkəməyə üz tutub: "Bildiyiniz kimi, artıq XİN-in qanunsuz qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışam. Mayın 17-də hakim hakim Nəriman Abıyev iddia ilə bağlı XİN-in üzərinə 15 gün vaxt qoyub ki, məsələyə yazılı münasibətini bildirsin...".

İddiaçının aşağıda təqdim etdiyi rəsmi sənəddən də aydın olur ki, hakim iş üzrə iyunun 30-na iclas təyin edib.

Qəzənfər Paşayev Mia.az-a açıqlamasında media nümayəndələrini məhkəmədə iştirak etməyə çağırıb: "Bu, mənə və digər haqsızlığa uğrayan gənc diplomatlara böyük dəstək olar...".

Q.Paşayevin iddia ərizəsinin predmeti haqda MİA.AZ saytında mayın 13-də geniş məqalə dərc olunub.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:

https://www.mia.az/w1065835/xarici-isler-nazirliyi-mehkemeye-verilib-qezenfer-pasayevin-iki-telebi-var-2024-05-13-171225

Məsələyə XİN-dən münasibət öyrənmək mümkün olmayıb.

Samir Musayev

MİA.AZ