Almaniyanın Düsseldorf şəhərində türklərin yaşadığı daha bir bina qəsdən yandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 18 yaşlı türk əsilli Ada Abay daxil olmaqla, 3 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb.
Yerli polisdən verilən məlumata görə, bina qəsdən yandırılıb: "Yanğından sonra 24 mənzilli bina yararsız hala düşüb. Fakt araşdırılır. Hazırda yanğını törədən və ya törədənlərin axtarışı davam edir".
Samir Musayev
MİA.AZ