Sudanda 25 milyon insanın humanitar yardıma ciddi ehtiyacı var.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke açıqlayıb.
O, vətəndaş müharibəsinin getdiyi Sudanda 25 milyon insanın aclq və yolxucu xəsətliklərdən əziyyət çəkdiyini bəyan edib: "Sudanda əhalinin yarısı olan 25 milyon insanın humanitar yardıma ehtiyacı var. Aclıq genişlənir, yolxucu xəstəliklər təhlükəli şəkildə artır. Bir sözlə, fəlakətli vəziyyət var. Ən qısa zamanda, bölgəyə humaniotar yardım yetişməzsə, vəziyyət nəzarətdən çıxa bilər"
Samir Musayev
MİA.AZ