Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bomba atılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə gecə yarısı olub.

Naməlum şəxslər məktəbə bomba atsalar da, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Şəhər polis idarəsinin rəsmisi bildirib ki, bu ay artıq ikinci dəfədir oxşar hadisə baş verir: "Son hücumun məsuliyyətini heç kimin üzərinə götürməyib. Tərəfimzidən ətraflı araşdırma başlayıb...".

Xatırladaq ki, hücumun qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qızlar məktəblərinə hücumlar edən "Pakistan Talibanı" adlı terror təşkilatının həyata keçirdiyi iddia olunur.

Samir Musayev

MİA.AZ