Türkiyədə "28 Fevral işi" üzrə həbs olunan generallar əfv edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Ərdoğan sərəncam imzalayıb.
Sərəncama əsasən, ordu generalları Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da daxil olmaqla, ümumilikdə 14 keçmiş hərbçilər evlərinə buraxılıblar.
Qərara görə, əfvdə onların yaşı və səhhətləri əsas götürülüb.
Xatırladaq ki, adıçəkilən generallar 1997 - ci ilin 28 fevralında Ərbakan- Tansu Çillər hökumətini istefaya məcbur etməkdə günahlandırılıblar.
Zülfiyyə
MİA.AZ