Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyi bildirilir.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Ş.Şəmşirlinin 123 saylı Kəlbəcər seçki dairəsi üzrə mübarizə aparacağı qeyd olunur.
Özü ilə əlaqə saxlamaq imkanımız olmayıb. Yaxınları isə bu məsələdən xəbərsiz olduqlarını deyiblər. Bildirilib ki, seçkilərdə iştirak edib-etməmək onun öz qərarıdır.
Qeyd edək ki, hazırda 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədovdur. O, C.Qurbanovun qohumudur.
Onu da qeyd edək ki, Şəmşir Şəmşirli bir müddət öncə öz istəyi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini vəzifəsindən ayrılıb.