Nigeriyanın Kano əyalətində məsciddə partlayış olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şəhər polis idarəsinin açıqlamasına görə, hadisə səhər namazı zamanı baş verib: "Partlayış nəticəsində 11 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralıların çoxunun vəziyyəti ağırdır".
Əlavə olunub ki, partlayışla bağlı bir nəfər saxlanılıb.
Firudin Səfərli
MİA.AZ