Türkiyə Mərkəzi Bankın ehtiyatlarında son 3 ildə ən böyük həftəlik artım qeydə alınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank hesabat yayıb.
Hesabata görə, Mərkəzi Bankının cəmi ehtiyatları əvvəlki həftə ilə müqayisədə 7 milyard 547 milyon dollar artaraq 134 milyard 402 milyon dollara çatıb.
Bu dövrdə qızıl ehtiyatları da artıb: "Qızıl ehtiyatı isə 2 milyard 492 milyon dollar artaraq 57 milyard 707 milyon dollardan 60 milyard 199 milyon dollara yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ