Türkiyə güc qurumları ölkə daxili və xaricində terror təşkilatı PKK-ya qarşı əməliyyatlaır fasiuləsiz davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün ölkənin Şırnak bölgəsində PKK-ya qarşı növbəti uğurlu əməliyyat keçirilib.
Şırnak Prokurorluğunun məlumatına görə, əsasən Cizre və Silopi rayonlarında baş tutan eyni andakı əməliyyatla 40 şübhəli tutulub: "Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarış zamanı terror təşkilatına aid xeyli sübutlar götürülüb. Şübhəlilərin istintaqı davam edir".
Tahir Şəlvəli
MİA.AZ