İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən evlərə basqınlar səngimir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi yeni məlumat yayıb.
Məlumata görə, İordan çayının qərb sahilindəki Hebron, Qalkilya, Nablus, Cenin və Tubas şəhərlərində son 24 saat ərzində İsrail əsgərləri onarla evə basqın edib: "Nəticədə heç bir əsas olmadan 12 fələstinli qandallanıb. Bununla da 7 oktyabrdan bu yana Qəzzadan xaric, yəni, ancaq İordan çayının qərb sahilində tutulan fələstinlilərin sayı 8755-ə yüksəlib".
Lamiyə Əhmədli
MİA.AZ