Türkiyə kəşfiyyatı (MİT) İraqın Hakurk bölgəsində yeni əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla Türkiyənin bölgədəki hərbi bazalarına hücuma hazırlaşan PKK/KCK terrorçuları “Tufan Koçer” kod adlı Əhməd Bayar və “Mervan Zerevan” kod adlı Əhməd İbrahim Əl Əhməd zərərsizləşdirilib.
Məlumata görə, “Tufan Koçer” kod adlı terrorçu 2012-ci ildə terror təşkilatı PKK-ya qoşulub, keçmişdə Suriyada fəaliyyət göstərib və təşkilatın yüksək səviyyəli üzvlərinin mühafizəçisi olub. “Mervan Zerevan” kod adlı suriyalı terrorçu isə 2014-cü ildə terror təşkilatı PKK-ya qoşulub. Onun Qəndildə sui-qəsd təlimi aldığı öyrənilib.
Tahir Şəlvəli
MİA.AZ